Caspel MMC

İri bisnesin aparılması çox böyük maliyyə, insan və texnoloji resursların mövcudluğunu tələb edir. “Caspel” şirkəti kompleks həllər vasitəsilə xərclərin azaldılmasının, məhsuldarlığın artırılmasının, təhlükəsizliyin təmin edilməsinin, biznes-proseslərin avtomatlaşdırılmasının – yəni, insan amilinə aid ola bilən bütün problemlərdən tam şəkildə azad olunmanın yolunu bilir. Biz 2005-ci ildən Azərbaycanın IT və telekommunikasiya bazarında fəaliyyət göstəririk. Bütün bu müddət ərzində “Caspel” daima yeni texnologiyalar tətbiq etmiş, imkanlarını genişləndirmişdir. Biz məlumatların ötürülməsi, proqram təminatlarının hazırlanması, avadanlığın gətirilməsi və ona servis xidmətlərinin göstərilməsi üzrə həllər təqdim edirik. Biz hər hansı mürəkkəblik dərəcəsi olan layihələr üzərində işləyirik. Bu layihələr, cloud-servislərdə məlumatların saxlanmasından başlamış, şirkətlərin filialları arasında beynəlxalq fibro-optik rabitə kanallarının çəkilməsinə qədər olan geniş bir çərçivəni əhatə edir. Hər bir biznesi hər zaman mənfəətli etmək mümkündür... Sadəcə, bunun üçün “Caspel”in professionallarına müraciət etmək lazımdır!

Employement.az