Azercell

Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu. Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir.

Məqsədimiz yüksək fəaliyyət nəticələri və innovativ yanaşma tərzini təmin etməyə imkan verəcək bir mühitin yaradılmasıdır. Biz mükəmməllik və davamlı yüksəlişə can atan istedadlı və sadiq insan kapitalını cəlb edərək onun inkişafına zəmin yaratmağa davam edəcəyik. Azercell olaraq komanda üzvlərimizin ehtiyaclarını anlamaq və gözləntilərini qarşılamaq üçün ən müasir texnologiyadan istifadə edirik. Hər bir əməkdaşımızın çalışdığı sahədə özünü maksimum ifadə edə bilməsi və inkişaf etdirməsi üçün balanslı iş yerləri yaradırıq. Əldə etdiyimiz təcrübələrdən öz komandamızı davamlı şəkildə inkişaf etdirmək və onları mükafatlandırmaq üçün istifadə edirik.

Employement.az