İnformasiya Təhlükəsizliyinə Nəzarət Mərkəzinin Analitiki

Vəzifə təlimatları:

  • İnformasiya təhlükəsizliyi insidentlərinin monitorinqi;
  • İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirlərin icra olunması;
  • İnsidentlərin araşdırılması;
  • İnformasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklərin izlənilməsi və bank mühiti üçün risklərin qiymətləndirilməsi;
  • İnsidentlərin düzgün qeydiyyatı və hesabatların rəhbərliyə təqdim olunması.

       ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Namizədə tələblər:

  • İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına;
  • Ali təhsilə (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);
  • Müvafiq sahədə iş təcrübəsinə (arzuolunandır);
  • Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.);
  • Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə;
  • Əməliyyat sistemlərinin informasiya təhlükəsizliyinin təmin olunması üzrə daxili vasitə və mexanizmlərlə bağlı biliklərə (Windows, *nix);
  • Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə;
  • Müvafiq sahə üzrə sertifikatlara;
  • Növbəli iş rejimində işləmə imkanına sahibdir.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “İnformasiya Təhlükəsizliyinə Nəzarət Mərkəzinin Analitiki”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar