İnsan Resursları üzrə Mütəxəssis

Vəzifə təlimatları:

İnsan Resursları üzrə Mütəxəssisin rolu zəruri sənədləri hazırlamaq və təşkil etmək və İR proseslərinə və yerli qanunvericiliyə əsasən məlumat bazalarına müvafiq məlumatları doldurmaqdır.

 

• İşçilərin şəxsi qovluğu üçün sənədlərin hazırlanması

• E-GOV bazasına və İR ERP sisteminə tələb olunan məlumatları doldurur və yeniləyir

• İstefa zamanı lazımi sənədlərin hazırlayır

• Nizam İntizam hallarının pozulması və ya xəbərdarlıq prosesi zamanı sənədləşməni hazırlayır

• Bank kartları və əmək kitabçalarını sifariş edir

• İllik məzuniyyət planını hazırlayır

• Məzuniyyət ərizələrini və xəstəlik vərəqələrini toplayır

• Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır

• Əmək haqqı prosesi üçün bütün məlumatları nəzərdən keçirir və hazırlayır

• İcbari Tibbi Sığorta üçün lazımi məlumatları daxil edir.

Namizədə tələblər:

• Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil

• İR Administrasiyası üzrə sertifikat

• İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi

 

Professional biliklər:

• İR Administrasiyası

• Əmək qanunvericiliyi

• Rus və İngilis dilləri orta səviyyədə

• MS Office

 

Professional bacarıqlar və kompetensiyalar:

• Ünsiyyət bacarıqları

• Zamanın idarəolunması

• Problem həll etmə

• Məsuliyyət

• Detallara diqqət

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar