Proqram Təminatı Satışı üzrə Baş Mütəxəssis

Vəzifə Təlimatları:

  • Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Cəmiyyətin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir.
  • Malların müştəriyə çatdırılmasını təmin edir;
  • Müqavilələrin icrası ilə bağlı müştəri rəylərinin uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
  • Müştəri barədə daxil olan bütün informasiyaları proqram məhsuluna qeyd edir;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
  • Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
  • Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.

Namizədə tələblər:

  • Ali təhsil
  • Şirkətin məhsullarını müştərilərə təqdim etmək
  • Yenilikçi və satışla bağlı yeni fikirlər bildirmək
  • Restoran və marketinq proqramlarını mükəmməl bilməli
  • Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
  • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi
  • Kompüterlə işləmək bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • 1-3 ildən az olmayaraq əmək stajı
  • Satış etmə qabiliyyəti,
  • Təşkilatçılıq, Aktivlik, çeviklik, ünsiyyətçillik 
  • Geniş dünya görüşü və ələqələndirmə bacarığı
  • Düzgün şifahi nitq və ünsiyyət qurma qabiliyyəti
  • Məsuliyyət hissi
  • Diqqətlilik

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Proqram Təminatı Satışı üzrə Baş Mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar
Employement.az