Test Üzrə Mühəndis / İnformasiya Texnologiyaları (Ştatdankənar)

Vəzifə Təlimatları:

Testlərin yazılması, nəzərdən keçirilməsi və müxtəlif test növlərinin həyata keçirilməsi (məsələn, Uyğunluq, Funksional, Qeyri-Funksional və s.);

Avtomatlaşdırılmış testlərin layihələndirilməsi və icrası;

Müvafiq test üsulu ilə proqram təminatı relizlərinin tələblərə uyğun olaraq test edilməsi;

Bir neçə konfiqurasiyalarda yeni və mövcud məhsullar üçün reqressiya testi;

Keyfiyyət boşluqlarının müəyyən edilməsi, test skriptlərinin yaradılması, fərdi testlərinin həyata keçirilməsi, test məlumatlarının toplanılması və proqram  səhvləri olduğu zaman əlavə məlumatlarının əldə edilməsi.

Namizədə tələblər:

Təhsil:

Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi

Təcrübə:

Java və ya Python üzrə ən azı 1(bir) il praktiki təcrübə və Tətbiqi proqramların test edilməsi üzrə 1 (bir) illik praktiki təcrübə

Dil bilikləri:

Azərbaycan dili – səlis yazılı və şifahi ünsiyyət bacarığı;  

Rus və ingilis dili orta səviyyədən yuxarı yazılı və şifahi ünsiyyət bacarığı.

 Arzu olunan Bacarıqlar:

Avtomatlaşdırılma üçün nəzərdə tutulan test alətlərində təcrübə (Selenium Webdriver, Postman, SOAPUI-ReadyAPI);

Funksionallıq, etibarlılıq və performans baxımından API testində çox yaxşı bilik və təcrübə;

Test üsulları, test alətləri  və test texnologiyaları [JK(2] sahəsində əhəmiyyətli təcrübə;

Reqressiya, Sistem, Stress testləri kimi həm funksional, həm də qeyri-funksional testlərlə təcrübə;

Unix/Linux ilə işləmək bacarığı;

SQL üzrə güclü texniki təcrübə.

Keçid linkinə daxil olaraq müraciət edə bilərsiniz.

Oxşar Vakansiyalar
Employement.az