Marketinq mütəxəssisi

Vəzifə Təlimatları:

Brend və ona aid olan çox müxtəlif marketinq aktivliklərinin realizasiyasında aktiv iştirak;

Rəqəmsal marketinq üzrə təcrübə, müxtəlif dijital platformalarda minimal işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.);

Dizayn, çap və bir çox digər rəqəmsal və ya fiziki materialların sifarişlərinə və keyfiyyətinə nəzarət;

Marketinq fəaliyyətinə aid olan müxtəlif iş proseslərində iştirak və gərək olduqda proseslərin effektiv idarə olunması;

Paralel olaraq bir neçə tapşırığın yerinə yetirilməsi bacarıqları (Multitasking);

Kreativ kontentlərin hazırlanması və ya qlobal kontentlərin lokal bazara adaptasiyası işlərində iştirak;

Aid olduğu departament rəhbərliyinin tapşırıqlarının vaxtında və effektiv yerinə yetirilməsi;

Aid olduğu departamentin fəaliyyət sahəsinə daxil olan müxtəlif iş proseslərində aktiv iştirak.

Namizədə tələblər:

Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;

Adiyyatı sahəsi üzrə 2-3 il iş təcrübəsi;

Sosial media və digər komunikasiya alətlərininə dair nəzəri və praktiki biliklər.

Marketinq istiqamətli təlimlər və kurslar keçmiş şəxslərə üstünlük verilir

Avtomobil sektorunda təcrübə və ya bu sahəyə maraq üstünlükdür

Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İngilis və Rus dili bilikləri. 

Baza kompyuter bilikləri (əlavə olaraq dizayn proqramlarında işləmək üstünlükdür)

Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;

Özünə əmin və dinamik xarakter;

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Marketinq mütəxəssisi”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar
Employement.az