İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis

Vəzifə Təlimatları:

  • Siyasətlər, standartlar və təlimatlar hazırlamalı, tənzimləməli və ITIL/COBIT kimi çərçivənin təşkilat daxilində tətbiq olunduğundan əmin olmalı;
  • Standartlara və siyasətlərə uyğunluğunu və onlara riayət olunmasını təmin etmək üçün İT prosedurlarının effektivliyini qiymətləndirilməsi və/və ya monitorinqi üçün müvafiq prosesləri inkişaf etdirməli və həyata keçirməli;
  • Risklər haqqında hesabat verməli onların azaldılması üçün imkanları müəyyən edərkən düzəldici və qabaqlayıcı tədbirləri tövsiyə və tətbiq etməli;
  • Mövcud proses dizaynlarını nəzərdən keçirməli, təkmilləşdirməli və öz tövsiyələrini komandalarla müzakirə etməli;
  • Risklərin idarə edilməsinin bütün sahələri ilə güclü və effektiv iş əlaqələri saxlamalı;
  • İT siyasətlər, standartlar, proses və prosedurlar yaratmalı və dizayn etməli;
  • İT menecment ilə hesabatlar hazırlamalı və paylaşmalı, İT prosesinin maneələrini müəyyənləşdirməli və tövsiyələr təklif etməli;
  • İT prosesləri/prosedurları təhlil etməli və optimallaşdırmalı;
  • İT komandaların məqsədlərinə nəzarət etməli və optimallaşdırma üzrə təkliflər tövsiyyə etməli;
  • İT performansı, İT komandaları haqqında hesabatlar hazırlamalı;
  • Müəssisə İT siyasətinin idarə edilməsi, müəssisə İT strategiyası, İT daxili və xarici auditləri və İT riskinin qəbulu kimi əsas elementlər üçün İT əlaqəsinin vahid nöqtəsi kimi fəaliyyət göstərməli;
  • Serverlər, iş stansiyaları, lisenziyalar, avadanlıqların ayarları , icazələrin yazılması haqqında məlumatları aktual vəziyyətə gətirilməsi və saxlanılması;
  • Bütün onlayn proseslərdə məlumatlar mübadiləsinin sxem üzrə sənədləşdirilməsi;
  • Auditlərin keçirilməsi məqsədi ilə sənədləşmənin və hesabatların aparılması;
  • Prosedurların, sxemlərin, təlimatların və diqər sənədlərin hazırlanması, korporativ resursda yerləşdirilməsi, əməkdaşların dəyişiklər barədə məlumatlandırılması.

Namizədə tələblər:

  • Ali təhsil;
  • İT, İT PMO və ya Audit sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Şəbəkə , Windows və Linux üzrə ilkin biliklər;
  • MS Visio və Excel-dən rahat istifadə etməli;
  • Liderlik bacarıqları;
  • Proseslərin dizaynı və təhlili bacarıqları;
  • Güclü təqdimatının yaradılması və dizayn bacarığı;
  • İşgüzar,diqqətçil,məsuliyyətli, komandada işləməyi bacarmaq;
  • Azərbaycan dili, Rus dili (sərbəst), İnglis dili (texniki səviyyə) biliklərin olması;
  • Arzu olunur: COBIT, ITIL sertifikatlı.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “İT İdarəetmə (IT Governance) üzrə mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar
Employement.az