Rəsmi qurumlarla iş üzrə aparıcı hüquqşünas

Vəzifə Təlimatları:

  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, inzibati, inzibati-prosessual, əmək, daşınmaz əmlak, mənzil qanunvericiliyini bilmək, təhlil və tətbiq etmək bacarığı;
  • Rəsmi qurumlardan  xüsusi razılıq (lisenziya), icazə, texniki şərt və digər sənədlərin alınması və ya rəsmiləşdirilməsi;
  • Daşınmaz əmlak obyektlərinin kommunal xidmətlərlə təchiz olunması, müvafiq texniki-təchizat sistemlərinin müayinəsi və texniki baxışı proseslərinin rəsmiləşdirilməsi işlərinin aparılmasında iştirak etmək, müvafiq işləri təşkil etmək;
  • Daşınmaz əmlaklarında kommunal xidmətlər (su, elektrik, qaz) üzrə sərfiyyatı qeydə alan nəzarət, ölçü və sayğac cihazlarının, müvafiq texniki qurğu və avadanlıqların quraşdırılması, texniki baxışı, təmiri, dəyişdirilməsi və s. rəsmiləşdirilməsini təşkil etmək;
  • Kirayə/istifadə hüququ əsasında müvəqqəti yaşayan əcnəbilərin qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi işlərini aparmaq;
  • Vəzifə və funksiyalarına aid edilmiş biznes və ya inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrini hazırlamaq;  
  • Funksiyalarından irəli gələn digər vəzifələri yerinə yetirmək

 

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
  • Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır
  • MS Office proqramları biliyi 
  • Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;
  • Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi, magistr dərəcəsi olanlara üstünlük veriləcək

 

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Rəsmi qurumlarla iş üzrə aparıcı hüquqşünas”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar
Employement.az