İR üzrə Mütəxəssis

Vəzifə təlimatları:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
  • E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
  • Aylıq tabelin hazırlanması (davamiyyət cədvəli);
  • Rəhbərlik üçün hesabatların hazırlanması;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi), Müsahibələrin keçirilməsi ;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi

Namizədə tələblər:

  • Təhsil – Ali ;
  • İnsan resursları sahəsində təcrübə 1- 3 il ;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Ünsiyyət qurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarını, xüsusilə 1C proqramını bilməli;


Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “İR üzrə Mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar