PostgreSQL Mühəndisi (Junior/Mid level)

Vəzifə təlimatları:

  • Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək
  • Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək
  • Yeni yaradılacaq proyektlərin verilənlər bazasının strkturunu və həmin strukturda olan asılılıqları proqramçılar ilə işləmək.
  • Təşkilat üçün verilənlər bazalarının arxitekturunu standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq
  • İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək
  • Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq
  • Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək.

Namizədə tələblər:

  • PostgreSQL mühəndisi kimi iş təcrübəsi
  • SQL optimizasiyası
  • Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı
  • Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq
  • İş yerində şəffafllıq və güvən mədəniyyətini prioritet tutmaq
  • Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir
  • Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “PostgreSQL Mühəndisi (Junior/Mid level)”qeyd edərək göndərə bilərsiniz.