NoSQL Database Mühəndisi (Junior/Mid level)

Vəzifə təlimatları:

• Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək;
• Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək;
• Yeni yaradılacaq proyektlərin verilənlər bazasının strkturunu və həmin strukturda olan asılılıqları proqramçılar ilə işləmək;
• Təşkilat üçün verilənlər bazalarının arxitekturunu standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq;
• İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək;
• Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq;
• Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək.

Namizədə tələblər:

• NoSQL (MongoDB, Apache Cassandra) mühəndisi kimi iş təcrübəsi;
• Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı;
• Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq;
• İş yerində şəffafllıq və güvən mədəniyyətini prioritet tutmaq.;
• Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir;
• Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “NoSQL Database Mühəndisi (Junior/Mid level)”qeyd edərək göndərə bilərsiniz.