SMM Mütəxəssis

Vəzifə təlimatları:

  • Şirkətin sosial media kanallarının idarəsi;
  • Şirkətin sosial media kanalları üçün özünün də “çox gözəl post alınacaq” deyəcəyi postların, kreativ məzmunların brief formasına gətirilməsi;
  • Aylıq və həftəlik post-planın hazırlanması, təsdiqlədilməsi, postların paylaşılması; ən əsas da nəticələrin rəqəmlərlə analiz edilməsi (Biz rəqəmlərə qarşı çox həssasıq);
  • Sosial media kanallarında operatorlarımız tərəfindən rəy və mesaj cavablandırılmasının auditi (müştəri baş tacımızdır);
  • Yerli və xarici şirkətlərin sosial media hesablarının daim izlənilməsi və “best practice” olaraq öz işimizdə tətbiq edilməsi.

Biz nələr vəd edirik?

  • 5 günlük iş rejimi (09:00 – 18:00);
  • AR Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə;
  • Dinamik və gənc komandanın üzvü olmaq;
  • Əməkdaşın illik inkişaf planına əsasən treyninq və master-klasslar;
  • Karyerada inkişaf perspektivi;
  • Əmək haqqı: 600-800 (namizədin bilik səviyyəsinə əsasən müəyyən ediləcəkdir).

Namizədə tələblər:

  • Ali təhsil şərt deyil, ixtisas isə önəmli deyil. Əsas odur təhsilin önəmini anlasın;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olsun;
  • Azərbaycan və rus dillərində mükəmməl yazı və danışıq bacarıqları olsun;
  • Komandada çalışa bilsin, təqdimat və analiz etmə bacarığı olsun (hər biri haqqında “case” tələb olunacaq);
  • Hər sosial media kanalı ilə öz dilində danışmağı bacarsın;
  • Brief hazırlama bacarığı olsun;
  • Marketinq barədə əsas anlayışları olsun (Gerisini biz öyrədəcəyik);
  • Sosial media metriklərini oxumaq və analiz etmək bacarığı olsun;
  • Ən əsas: Bitib tükənməyən öyrənmə marağı olsun, sual verməkdən və “bilmirəm” deməkdən çəkinməsin

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “SMM Mütəxəssis”qeyd edərək göndərə bilərsiniz.