Kredit Yoxlanışı üzrə İşçi

Vəzifə təlimatları:

• Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
• Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
• Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
• İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.

Namizədə tələblər:

• Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
• Mikro və Aqro kreditlər üzrə minimum 1 il iş təcrübəsi
• Əraziləri yaxşı tanıması
• Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
• Azərbaycan dilini səlis bilmək
• MS Office bilikləri
• Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Kredit Yoxlanışı üzrə İşçi”qeyd edərək göndərə bilərsiniz.
Oxşar Vakansiyalar