Administrator Kassir

Vəzifə təlimatları:

İşin rolu:

  • Bu rol pul vəsaitlərinin və malların hərəkətinə nəzarət edir.

 

Vəzifə öhdəlikləri:

  • Mağazanın vaxtında açılıb-bağlanmasını təmin etmək
  • Mağazada təmizlik və səliqə-sahmanlığa nəzarət etmək
  • Mağazada təsərrüfat işlərini aparmaq
  • Satış əməliyyatlarını icra etmək və satış proqramında qeydiyyat aparmaq
  • Müştərilərdən nağd ödənişləri qəbul etmək və POS-terminal vasitəsilə nağdsız ödənişləri həyata keçirmək
  • Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
  • Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal qəbzlərini aidiyyəti üzrə təhvil vermək
  • Malları mağazaya qəbul etmək və təftiş zamanı iştirak etmək
  • Mağazada mövcud olan malın, invertarın saxlanması və yerdəyişməsinə nəzarəti həyata keçirmək
  • Qiymət etiketlərinin yerləşdirilməsinə və mövcudluğuna nəzarət etmək

Namizədə tələblər:

Təhsil:

  • Maliyyə/İqtisadiyyat və ya digər müvafiq sahədə Ali təhsil

 

Təcrübə:

  • Administrator – Kassir kimi 2-3 il iş təcrübəsi

 

Professional Biliklər:

  • Kassa aparatı və Pos terminalın istismar qaydaları
  • Müştəri xidmətinin əsasları
  • Rus dilləri mükəmməl,  İngilis dili arzuolunandır
  • MS Office  və satış Proqramlarını  bilmək

 

Professional Bacarıqlar və Kompetensiyalar:

  • Məsuliyyət
  • Detallara diqqət
  • Nizam-İntizam
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək göndərə bilərlər. 

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Administrator Kassir”qeyd edərək göndərə bilərsiniz.