Təcrübəçi

  • Bakı, Azərbaycan
  • Özgün Yapı Sanayi ve Ticaret A.Ş
Vəzifə təlimatları:

"Virtual Təcrübə Proqramı (VTP'21 Payız) "-a müraciət başlanmışdır.
"Özgün Yapı Sanayi ve Ticaret A.Ş."-nin Azərbaycan Respublikasındakı Filialı 2021-ci il üçün böyük marağa səbəb olan "VTP'21 Yaz", "VTP'21 Yay" təcrübə proqramlarından sonra tamamilə yenilənmiş və daha əhatəli "VTP'21 Payız" adlı virtual təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsəti dəyərləndirməyin tam zamanıdır.

Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● Mühasibatlıq
● İnsan Resursları
● Satınalma/Logistika
● İnformasiya Texnologiyaları (Front/Back)

Proqramın müddəti: 8 – 12 həftə.
Namizədlər CV dəyərləndirilməsi, test mərhələsi və onlayn müsahibə əsasında seçiləcək.

* Proqramın son ayında aktiv iştirakçılarla birlikdə Mini MBA formatlı görüşlər keçiriləcəkdir

Namizədə tələblər:

- Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı;
- Daim öyrənmək həvəsi;
- İş təcrübəsi olmayan namizədlər müraciət etsin;
- Vətən müharibəsi iştirakçılarına, Şəhid və Qazi ailəsinin üzvlərinə üstünlük veriləcəkdir.

Keçid linkinə daxil olaraq müraciət edə bilərsiniz.

Oxşar Vakansiyalar